MENYU
Səbət

Haqqımızda

About Us Image
About Us

Tibbi Geyimlər üzrə Brend

Elite Doctor 2010-cu ildən bəri tibbi geyimlərin professional şəkildə istehsalı və satışını həyata keçirən öndəgedən mağazalardandır. Bu sahədə Azərbaycanda ilklərdən olan Elite Doctor  geyimlərinin hər biri Azərbaycan istehsalıdır. Geyimlərin tikilişində istifadə olunan parçalar Türkiyə, Dubay və Çindən ən keyfiyyətli materiallar seçilərək idxal olunur. Geyimlər hazır və ya xüsusi sifarişlə tikilmiş formada satılır. Formaların üzərində istəyə bağlı ad, soyad,vəzifə, titul işlənir.

Bizim işimiz unikal müştəri təcrübəsi təqdim etməklə onlara hər addımda dəstək olmaqdır. Missiyamız misilsiz keyfiyyət, dəyər və səmimi müştəri xidməti təklif edərək, işimizi mümkün olan ən yaxşı formada yerinə yetirməkdir.

Biz sizə ən yaxşı formaları mümkün olan ən münasib qiymətə təklif edirik. Satış nümayəndələrimiz müştərilərimizi onların ehtiyaclarına və zövqünə uyğun mükəmməl formasını tapmağa yönəldilir. Geniş məhsul çeşidimiz – tibbi geyim dəstləri, ayaqqabılar, avadanlıqlar, aksesuarlar və sayısız digər məhsullarımız ilə inanılmaz seçimlər təklif edirik. Bu gün biz qürurla xidmət etdiyimiz səhiyyə işçilərinin, tibb bacılarının və həkimlərin daim dəyişən tələblərinə cavab vermək üçün məhsul xətlərimizi genişləndirməyə davam edirik.